Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 05:54

Yaşamağa ən uyğun mərtəbə...


Foto: Arxiv

-

Üst mərtəbələrdə yaşamaq sağlamlığa təhlükə yarada bilər. «Independent News» yazdığına görə, ABŞ alimlərinin araşdırmalarından bu nəticə çıxır.

Mütəxəssislərin fikrincə, rahat həyat üçün bəlli səviyyədə maqnit sahəsi olmalıdır. Bu sahənin müəyyən hündürlükdə zəifləməsi insan orqanizminin immun, əsəb və ürək-damar sistemlərini əlavə yükə məruz qoyur.

Ən optimal variant – 7-ci mərtəbədən yuxarıda yaşamamaqdır.

Alimlər tikinti materiallarının maqnit sahəsinə təsirini öyrəniblər. Məlum olub ki, beton divarlar maqnit sahəsinin təsirini 10 faiz azaldır. Kərpic maqnit sahəsinin təsirini 7 faiz endirir, ağac materiallarsa bircə faiz. Bütün bunlardan o nəticə çıxır ki, ən yaxşısı taxta evlərdə yaşamaqdır.

XS
SM
MD
LG