Ukrayna prezidenti Poroshenko dekabrın 17-də deyib ki, o, tezliklə parlamentə müraciət edəcək ki, Ukraynanın neytral qeyri-blok statusunu ləğv etsin. Prezidentin sözlərinə görə, Ukrayna NATO-ya daha yaxın olmalıdır.
Polşa parlamentində çıxış edən Poroshenko bildirib ki, “bu tribunada mən qərar verirəm ki, mənim ölkəm Avro-Atlantika təhlükəsizliyi sferasına inteqrasiya olunmalıdır”.
O, konkret olaraq NATO-nun adını çəkməyib.
2010-cu ildə Yanukovichin prezidentliyi dövründə qəbul olunmuş qanun Ukraynanın NATO üzvlüyünü istisna edir.
Poroshenko bildirib ki, parlamenti bu qoşulmamaq statusunu ləğv etməyə çağıracaq.