Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:27

Jeb Bush prezidentlik yarışında bəxtini sınamaq istəyir


Jeb Bush elan edib ki,ailəsi ilə məsləhətləşib və prezidentlik yarışında bəxtini sınamaq qərarını verib.

1989-1993-cü illərdə president olmuş George H.W. Bushun oğlu, 2001-2009-cu illərdə prezident olmuş George W.Bushun qardaşı olan Jeb Bush deyib ki, Amerikanın güclü liderə ehtiyacı var.

Respublikaçı partiyadan Jeb Bush ilk ciddi namizəddir ki,iddiasını elan edir.

61 yaşlı Bush Floridanın keçmiş qubernatorudur. O, 7 il idi ki, siyasi səhnədə yox idi. Bu, onun namizədliyinin əleyhinə çevrilə bilər. Bush deyib ki,yaxşı namizəd olub-olmayacağını bilmir, ancaq ümid edir ki, olacaq.

XS
SM
MD
LG