ABŞ Dövlət katibi John Kerry deyib ki, sanksiyaların məqsədi Rusiya prezidenti Putini Ukraynada fərqli seçim etməyə dəvət etməkdir.
Dekbarın 16-da Londonda Kerry deyib ki,Rusiya son günlər konstruktiv addımlar atıb. Kerry-nin sözlərinə görə, Rusiya konstruktiv hərəkət etməkdə davam etsə, ABŞ və Avropa sanksiyalara yenidən baxacaq.
Kerry təkrar edir ki, Rusiyanın konstruktiv seçimlərinin əlamətləri görünür. O ümid edir ki, “yaxın günlərdə Ukraynadakı bütün tərəflərin müəyyən etdiyi aydın yolu görəcəyik.”