Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:59

Bu gün bu şeirinə görə Lermontovu vətən xaini çıxarardılar


Vladimir Pozner
Vladimir Pozner

-

"Bu gün bu şeirinə görə Lermontovu rusofobluqda ittiham edərdilər. Lermontov rusofobdur? Xeyr. Lermontov - vətənpərvərdir - bu sözün ən gözəl mənasında"

Tanınmış rusiyalı jurnalist Vladimir Pozner bunu "Ekho Moskvı" radiostansiyasının saytındakı köşəsində yazır.

Söhbət Lermontovun Rusiyanı "qullar ölkəsi" adlandırdığı aşağıdakı şeirdən gedir:

Прощай, немытая Россия,
Страна рабов, страна господ,
И вы, мундиры голубые,
И ты, послушный им народ.

Быть может, за хребтом Кавказа
Укроюсь от твоих царей,
От их всевидящего глаза,
От их всеслышащих ушей.

Pozner yazır:

"Bu gün Rusiyada vətənpərvərlikdən danışmaq dəbdədir.

Mikhail Lermontov
Mikhail Lermontov

Özü də ucadan və çox danışmaq.

Ən çox da zəhlətökən şəkildə danışmaq.

Mən 18-ci əsrdə yaşamış görkəmli ingilis dilçisi və yazıçısı Samuel Jonson-un sözlərini xatırlayıram:

O deyirdi ki, "Vətənpərvərlik əclafların son sığınacaq yeridir"

Yəni o vaxt ki, arqumentin qurtarır, "mən vətənpərvərəm" deyib durursan.

Mən patriotizm əleyhdarı deyiləm, sadəcə onu bəzilərindən fərqli anlayıram".

Bu yaxınlarda Rusiyada dövlət səviyyəsində Lermontovun 200 illik yubileyi qeyd edilib.

İndi Rusiyanın Ukraynaya təcavüzünə etiraz edən ziyalılar Rusiya mediasında "satqın" adlandırılır.

Bir neçə muğənninin isə buna görə konserti ləğv edilib.

XS
SM
MD
LG