Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 04:53

Rusiya Mərkəzi Bankı illik əsas faiz dərəcəsini qaldırıb


Arxiv foto

Rusiya Mərkəzi Bankı illik əsas faiz dərəcəsini 10,5 faizdən 17 faizə qaldırıb. Bu barədə məlumat bankın rəsmi internet səhifəsində 16 dekabra keçən gecə dərc olunub.

Məlumatda bildirilir:

“Rusiya Mərkəzi bankının direktorlar şurası qərar qəbul edib ki, dekabrın 16-dan illik əsas faiz dərəcəsini 17 faizədək qaldırsın. Belə bir qərara səbəb son zamanlar artmaqda olan devalvasiya və inflyasiya risklərini azaltmaqdır”.

2014-cü ilin əvvəlindən Mərkəzi Rusiya Bankı əsas faiz dərəcəsini artıq 6 dəfə artırıb – 5,5 faizdən başlayaraq. Sonuncu artım dekabrın 11-də olmuşdu – 9,5 faizdən 10,5 faizə qaldırılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG