Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 00:03

Bakı polisində 9 məsul vəzifəli şəxs işdən çıxarılıb


Bakı Baş Polis İdarəsi

-

Dekabrın 15-də Bakı şəhər Baş Polis İdarəsində aparılan yoxlamalardan sonra bir neçə yüksəkvəzifəli polis nöqsanlara görə işdən çıxarılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, işdən çıxarılanların sayı 8 nəfərdir.

Məlumata görə, Baş İdarənin Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyev, Kadrlar İdarəsinin rəisi Səbuhi Cəfərov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyev və rəis müavini Mövsüm Qurbanov, Katibliyin rəisi Namiq Aslanov, Təhqiqat Şöbəsinin rəisi Ayxan Bağırov və digər 3 əməkdaş daxili işlər nazirinin əmri ilə tutduqları vəzifələrdən azad olunublar.

Məlumatda qeyd olunur ki, yoxlama Daxili İşlər Nazirliyinin əsas Təşkilati Tədbirlər Planına uyğun olaraq aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG