Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:33

Avstraliyada bir kafenin girov edildiyi xəbər verilir (VİDEO)


Terrorçular kafeni zəbt edərək 40 nəfərə yaxın girov saxlayır
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

Terrorçular kafeni zəbt edərək 40 nəfərə yaxın girov saxlayır

Girovların saxlandığı kafenin pəncərəsindən üstündə ərəbcə yazıları olan qara bayraq görünüb.

-

Dekabrın 15-də Avstraliyanın Sidney şəhərində silahlı şəxs kafedə adamları girov götürüb.Nə qədər adamın girov götürüldüyü məlum deyil.
Ən son məlumata görə, bir neçə adam girovluqdan xilas ola bilib.

AzadlıqRadiosu hadisəni izləyərək bu yazını daim yeniləyir. Xronoloji ardıcılliqla yerləşdirilən son xəbərlərin ən yenisi yazının əvvəlindədir.


6 saatlıq mühasirədən sonra 3 adam kafedən qaça bilib. Onların terrorçu tərəfindən azad olunması, yoxsa onun diqqətindən yayınmaraq qaçdığı bilinmir.

Polis silahlı şəxslə əlaqəyə girə bilib, amma onun tələbləri barədə açıqlama verməkdən imtina edib.

Şahidlər kafedə 13 müştərinin olduğunu bildiriblər.

Rəsmilər isə içəridə müştəri və kafe işçiləri ilə birgə 50-dən çox adamın ola biləcəyini ehtimal edirlər.

Dekabrın 15-i səhər saatlarında polis ölkədə terror törətməyi və Avstraliya vətəndaşlarını Suriyada döyüşməyə cəlb etməyi planlaşdıran şəxsin həbs olunduğunu açıqlamışdı.

70 avstraliyalının İraq və Suriyada islam yaraqlılarına qoşulduğu güman edilir. Hökumət radikallara qoşulan gənclərin sayının artacağından narahatdır.


***
Avstraliyanın Sidney şəhərindən alınan son xəbərlərdə oradakı kafelərdən birində girovların saxlandığı bildirilir.

Reuters agentliyi xəbər verir ki, girovların saxlandığı kafenin pəncərəsindən üstündə ərəbcə yazıları olan qara bayraq asılıb.

Müşahidəçilər bu bayrağa əsasən güman edirlər ki, kafe İD yaraqlıları tərəfindən zəbt edilib.

Ölkənin baş naziri Tony Abbott bildirib ki, hazırda kabinetin milli təhlükəsizlik komitəsinin təcili müşavirəsini keçirir.

Baş nazir televiziya ilə çıxışında "girovçu" sözünün işlədib və müşahidəçilər kafenin yalnız bir nəfər tərəfindən girov edildiyi ehtimalını da söyləyirlər.

Müşavirədə Avstraliyanın ticarət paytaxtı sayılan Sidneydə yaranmış fövqəladə vəziyyət müzakirə edilir.

İslamçı izi

Avstraliya ABŞ-ın Suriya və İraqda İslam Dövlətinə qarşı koalisiyasına qoşulmuş ölkələrdəndir və buna görə də burada təhlükəsizlik tədbirləri həmişə yüksək səviyyədə olub.

Hazırda ağır silahlanmış polisin Martin məntəqəsindəki Lindt Café kafeteriyasını mühasirəyə aldığı xəbər verilir.

Martin Place nahiyyəsi Avstraliya Mərkəzi Bankının yerləşdiyi küçədir və bura Cənubi Uels ştatının parlamentinə yaxın ərazidədir.

Canlı televizya translyasiyasında müştərilərin əllərini pəncərələrə söykəyərək dayandıqları görünür.

Kafenin pəncərəsindən həmçinin İslam Dövlətinin bayrağına bənzəyən qara bayraq asılıb.

ABŞ konsulluğu evakuasiya edilib

Polis ərazidə əməliyyata başlandığını bildirib və ətraf ərazi evakuasiya edilir.

Yaxımlıqda yerləşən Anerika konsulluğu personalının da evakuasiya olunduğu xəbər verilib.

Milli Bankın əməkdaşları iş yerlərindədirlər və bankın özü isə bağlıdır.

Yerli media Sidney Opera Teatrının binasından şübhəli bağlama tapıldığı barədə xəbərlər yayıb.

Ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.

Ötən sentyabrda Avstraliyanın antiterror polisi böyük terror aktının qarşısını aldığını xəbər vermişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG