Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:49

Qış yetişdi, küçələrin daimi sakinləri də dilə gəldi...


Arxiv fotosu
Arxiv fotosu

-

AzadlıqRadiosunun “Qaynar xətt”inə küçədə yaşadığını deyən Hadı Hüseynov taleyin qisməti elə gətirib ki, bir dələduzluğun qurbanına çevrilərək isti ev-eşiyindən ayrı düşüb. Ata evi bir saxtakarlığın güdazina gedib və azı 5 ildir ki, nə yaşamağa yeri, nə də qeydiyyatı var.

"HAVADAYAM, SAHİB ÇIXANIM YOXDUR"

Şikayətçi:

“Əvvəllər Binəqədidə "Stroydetal" küçəsində yaşayırdım. Ata evim idi. bir neçə il əvvəl həbsə düşdüm. Həbsxananı tərk edəndən sonra ata evinə gəldim. Başqaları yaşayırdı. Məlum oldu ki, mənim həbsdə olmağımdan istifadə edib saxtakarlıqla evimi satıblar. Hara getdimsə qapıdan qovuldum. Qohumlar da yaxına buraxmadılar".

O vaxtdan da küçələrdə sərgərdan olub:

"Axşam düşəndə şaxta iliyimə qədər işləyir. Bu bir tərəfə, mənim heç qeydiyyatım da yoxdur. Havadayam. Sabah başıma bir iş gəlsə, ya da bir cinayət törətsəm, məni necə tapacaqlar?"

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi deyir ki, bu yaxınlarda sosial xidmət haqqında qanun qəbul olunub. Qanunun əsas məqsədlərindən biri daimi yaşayış yeri olmayanların sosial təminatının yaxşılaşdırılması, onlara dövlət qayğısının həyata keçirilməsidir. Ancaq qanunun tətbiqi üçün hələ ki, mexanizm hazırlanmayıb.

POLİS İDARƏSİNƏ QEYDİYYATA DÜŞƏ BİLƏR

Hüquqşünas Fuad Babayev isə bildirir ki, Hadı Hüseynov həmin nazirliyə müraciət edə bilər. Nazirlik belə şəxsləri siyahıya almaqla onların sosial vəziyyətlərinin yaxşılaşdırılması yönündə tədbirlər görməlidir:

“Əvvəllər tək ahılların dövlət qayğısı nəzərdə tutulurdu. Sonradan isə təkcə ahıllar yox, evi olmayanlar, məişət zorakılığının qurbanları, küçədə yaşayan uşaqlar, həbs müddəti bitmiş və yaşamağa evi olmayan keçmiş məhkumlar da nəzərdə tutulur. Mənzil Məcəlləsində isə xüsusi təyinatlı evlər deyilən bir bölmə var. Bu Məcəlləyə görə, sosial müdafiə məqsdədləri üçün ayrılan evlər var. Yaxın vaxtlarda belə evlərin yaradılması nəzərdə tutulur”.

Hüquqşünasın sözlərinə görə, Hadı Hüseynov hazırda küçədə yaşasa da, bu o demək deyil ki, qeydiyyatsız qalmalıdır. Hazırda sığındığı ərazi üzrə polis idarəsinin şəxsiyyət vəsiqəsi və qeydiyyat şöbəsinə müraciət edib polisin inzibati binasının yerləşdiyi ünvana müvəqqəti qeydiyyata düşə bilər.

XS
SM
MD
LG