Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 01:19

Yaponiyada Baş nazir Abe seçkilərdə qalib gəlir


Yaponiyada indiki Baş nazir Shinzo Abenin partiyası dekabrın 14-də keçirilən parlament seçkilərində qalib gəlir.

Exit polların nəticələrinə görə, Abe-nin Liberal Demokrat Partiyası və koalisiya tərəfdaşı olan Komeito partiyası səslərin 2/3-sini qazanıb. Yaponiyada güclü qar yağdığından seçkilərdə iştirak zəif olub. Axşam 6-ya qədər Tokyoda seçicilərin ancaq 35%-i seçkiyə qatılıb.

2 il əvvəl Baş nazir vəzifəsinə gələn Baş nazir Shinzo Abe yeni iqtisadi proqramını – Abeekonomiksi həyata keçirmək üçün mandatını təzələmək üçün yeni seçkilər təyin eləmişdi.

Abe hakimiyyətə gələndən sonra milli valyutanın uzulaşması ilə ixracat artmış, birjalarda şirkətlərin səhmləri bahalanmış və bir çox şirkətlər gəlirlərini artırmışdı. Ancaq bu ilin aprelində Əlavə Dəyər vergisinin artırılmasından sonra Yaponiya iqtisadiyyatında durğunluq hökm sürür.

XS
SM
MD
LG