Keçid linkləri

Təcili xəbərlər
2021, 19 May, çərşənbə, Bakı vaxtı 01:39

Ramzan Kadyrova etiraz edən QHT-nin ofisi yandırılıb


Çeçenistanda öndə gedən insan haqları qrupunun ofisi yandırılıb. Hadisə bəzi fəalların ölkə rəhbəri Ramzan Kadyrovu tənqid etməsindən sonra olub. Hüquq müdafiəçiləri Qroznıda son atışmada günahlandırılan silahlıların yaxınlarının kollektiv şəkildə cəzalandırılması çağırışına qarşı çıxırdılar.

Müştərək Səyyar Qrupun rəhbəri Igor Kalyapin öz facebook hesabında yazır ki, təşkilatın ofisi dekabrın 13-də yandırlıb. Ancaq hücumda heç kim zərər görməyib.

Kalyapin bildirir ki, hadisədən əvvəlki gecə 2 silahlı şəxs QHT-nin qapısını zorla qıraraq içəriyə daxil olmaq istəyib. Kalyapin də dekabrın 9-da Kadyrovu tənqid etmişdi. Ramzan Kadyrov onu Qərb Kəşfiyyatından pul alması ilə ittiham edir.

XS
SM
MD
LG