ABŞ Senatı ölkənin 2015-ci il üçün dövlət büdcəsini qəbul edib.
Dekabrın 13-də qəbul edilmiş qanuna əsasən, federal büdcə 1,1 trilyon dollar həcmində müəyyənləşib.
Senatda qanun layihəsinin lehinə 56, əleyhinə 40 senator səs verib.
ABŞ-da yeni maliyyə ili bu il oktyabrın 1-dən başlayıb və hökumət indiyədək müvəqqəti maliyyələşmə haqqında qətnamə əsasında fəaliyyət göstərib.
Büdcə layihəsinin müzakirəsi Konqresin Nümayəndələr Palatasında və Senatda ciddi fikir ayrılıqları ilə müşayiət olunub.