Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:21

Rusiya ABŞ-ın mümkün yeni sanksiyalarına reaksiya verəcəyi ilə hədələdi


Sergey Ryabkov
Sergey Ryabkov

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki, Vaşinqton Moskva üzərinə yeni sanksiyalar tətbiq edərsə, Rusiya buna cavab tədbirləri ilə reaksiya göstərəcək.

ABŞ Konqresi Rusiyanın silah şirkətlərini və yüksək texnologiyalı neft layihələrinin investorlarını hədəfləyəcək yeni sanksiyaları artıq hazırlayıb, lakin sanksiyaların qüvvəyə minməsi üçün onları prezident Barack Obama imzalamalıdır.

“Biz bunu cavabsız qoya bilməyəcəyik, - deyib Ryabkov.

Rusiya rəsmisi cavab tədbirlərinin nədən ibarət olacağı barədə təfərrüatları açıqlamayıb.

Rusiya Krımı ilhaq edəndən bəri Vaşinqtonla Moskva arasındakı münasibətlər Soyuq müharibədən bu yana ən yüksək gəginliyinə çatıb.

Qərb israr edir ki, Rusiya Ukraynanın şərqindəki separatçıları silah-sursat, hərbi texnika və canlı qüvvə ilə təchiz edir.

Rusiya bu iddiaları danır.

ABŞ və Avropa İttifaqı Rusiyanın Ukrayna münaqişəsindəki roluna görə artıq Moskva üzərinə çoxsaylı sanksiyalar qoyub.

Bundan əvvəlki sanksiyalara cavab olaraq Rusiya Qərb ölkələrindən meyvə-tərəvəzin idxalını qadağan edib.

Rusiya Konqresin ötən cümə qəbul etdiyi “Ukrayna Azadlığına Dəstək Haqqında Qanun”u qətiyyətlə pisləyib.

Bu qanun Rusiya üzərinə yeni, daha ağır sanksiyalrın qoyulmasını nəzərdə tutur.

Bundan əlavə, Amerika Konqresi və Senatı demək olar ki, yekdilliklə Ukrayna hökumətinə separatçılarla mübarizə üçün döyüş silahlarının verilməsini dəstəkləyib.

XS
SM
MD
LG