Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:48

Vaqif Səmədoğlu İsraildən Bakıya qayıtdı


Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu

-


Xalq şairi Vaqif Səmədoğlu İsraildən Bakıya qayıdıb.

Bu barədə APA-ya açıqlamasında şairin həyat yoldaşı Nüşabə Vəkilova məlumat verib:

“Dünən gəlmişik. Vaqif indi özünü orta hiss edir. Əsas odur, əvvəlki vəziyyətdən çıxıb. Bakıda müalicələri davam edəcək, həkim nəzarətində olacaq”.

N. Vəkilova əlavə edib ki, İsrailə yenidən qayıdacaqları hələlik məlum deyil: “Bu, Vaqifin səhhətindən asılıdır”.

Qeyd edək ki, V. Səmədoğlu xərçəng xəstəliyindən əziyyət çəkir.

O, noyabrın 26-da xüsusi təyyarə ilə İsrailə aparılıb.

XS
SM
MD
LG