Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:41

Naxçıvan hava limanında sıxlıq yaranıb


Naxçıvan hava limanı - 2007
Naxçıvan hava limanı - 2007

-

Qatı duman Naxçıvandan Bakıya gələn təyyarə reyslərinin təxirə salınmasına səbəb olub.

Bu haqda AzadlıqRadiosuna Naxçıvan sakinləri məlumat verib. Onlar bildirir ki, reyslərin təxirə salınması yerli hava limanında sıxlıq yaradıb. Sərnişinlərdən Vaqif Əliyev deyir ki, axşamdan bəri hava limanında gözləyir:

«Dekabrın 11-i axşam saatlarından duman qatılaşıb və təyyarələrin uçuşu dayandırılıb. 3 təyyarə reysi təxirə salınıb. Hava limanı ağzına kimi sərnişinlə doludur. Gecəni ayaqüstə keçirmişik. Belə davam etsə, bileti qaytarıb İran ərazisindən avtobusla gələcəyik».

AzAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli AzadlıqRadiosuna duman səbəbindən bəzi reyslərin gecikməsini təsdiqləyib:

«Artıq duman çəkilib. İlk təyyarə artıq Bakıya yola düşüb. Bir neçə saat ərzində reyslər tənzimlənəcək».

XS
SM
MD
LG