Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 12:44

Hakim «Qarabağ»ın Avropa Liqasındakı çıxışına son qoydu


Foto: Arxiv

-

Dekabrın 11-də Avropa Liqasının qrup mərhələsində son turun oyunları keçirilib.

Turnirdə Azərbaycanın yeganə təmsilçisi «Qarabağ» Bakıda İtaliya «İnter»ini qəbul edib.

«Inter» qrup lideri kimi «pley-off»a vəsiqəni təmin etsə də, «Qarabağ» üçün bu qarşılaşma həlledici idi.

Oyunda hesab açılmayıb. Qarşılaşmanın 90+4 dəqiqəsində «Qarabağ»ın futbolçusu Riсhard Almeida fərqlənsə də, hakim qolu saymayıb. Bu nəticə ilə «Qarabağ» Avroliqanın qrup mərhələsini üçüncü pillədə tamamlayıb.

Ukraynada Fransa «Saint-Etienne»ini 1:0 hesabı ilə məğlub edən «Dnipro» isə qrup ikincisi kimi «Inter»lə birgə 1/16 finala adlayıb.

XS
SM
MD
LG