Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:03

Səni sevirəm, məni müqəddəsləşdirən kişi...


Məlihə Əzizpur
Məlihə Əzizpur

-

Arazın o tayından

Məlihə Əzizpur

***

Bu boşluqda,

Bir mən varam

Bir təkliyim,

Bir də, bir gözəl milçək . . .

***

Ağaların vicdanları

O qədər ayıq qaldı ki,

Ölüm yuxusuna getdi sonunda . . .

***

Qadının

Gözəlliyinin müştərisi

Özəlliyindən daha çox . . .

***

Dəlixana;

Dünyanın ən hüzurlu yeri . . .

***

Nə rahat kişilənə bilirsən

Dilənçi kişiyə ! . . .

***

Səni sevirəm,

Məni müqəddəsləşdirən kişi . . .

***

Yağış şərəfinə soyunub Təbrizim!

Yenə,

Alma, heyva, nar qoxuyur

Qucağı . . .


***

Çox gözəlsən!

Qorxuram səndən . . .

***

Min-bir boynuzu var ölümün.

Kim boyunduruq taxacaq

Bu canavara görəsən?!

***

Biz ölüm mirasçısıyıq

Yoxsa yaşam?!

***

Bütün soruların cavabı var.

Cavabsız sorular,

Sorulmayan sorulardır . . .

***

Umudumun kəpənək uçuşları ilə

Rəqs edirəm qiblənə doğru.

Göm məni alovlarına

Sevgi! . . .

XS
SM
MD
LG