Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:35

Qırğızlar kütləvi şəkildə rus soyad sonluqlarına qayıdırlar


Rusiya - qırğız miqrantları
Rusiya - qırğız miqrantları

-

Qırğızıstan rəsmiləri deyirlər ki, son 10 ayda 38 minəcən vətəndaş rus soyad sonluqlarına qayıdıb.

“Oğlu”, “qızı” və “lu” sonluqlarını “ov”, “yev”lə əvəzləyib.

Bu tendensiya güclənir. Ötən il 36 min vətəndaş soyad sonluğunu “ruslaşdırmışdı”.

Azadlıq Radiosunun qırğız xidmətinə müsahibə verən 29 yaşlı Omurbek (soyadını açıqlamır) deyir ki, iki il qabaq Rusiyada miqrantlarla bağlı qaydalar sərtləşdirilib. Qanunsuz miqrantları, yaxud yerli qanunları pozanları “qara siyahıya” salıb deportasiya edir, 5 il müddətinə Rusiyaya gəlişinə qadağa qoyurlar. Omurbek də həmin siyahıya düşüb. Soyad sonluğunu dəyişəndə isə onlar “başqa adam olurlar”, yeni pasportla yenidən Rusiya sərhədini keçə bilirlər.

Omurbek Qırğızıstanın ən kasıb bölgələrindən olan Batkendəndir. Bu bölgədən minlərlə insan çörək pulu dalınca Rusiyaya üz tutur. “Qara siyahı”ya düşmək onlar üçün ailələrinin ac qalması deməkdir.

Amma soyad sonluğunu və pasportu dəyişmək elə də asan deyil. 16 sənəd toplamalısan. Bu proses bir aya qədər uzanır. Bəziləri soyadını tam dəyişir. Yeni soyad seçir.

Qırğızlar yeni kimliklərinin onlara təkcə sərhədi keçəndə yox, həm də Rusiyada çalışdıqları şəhərlərdə kömək edəcəyinə ümid edirlər. Soyadları rus soyadı kimi səslənəndə yerli hakimiyyət təmsilçilərinin onlarla daha yaxşı davranacağını düşünürlər.

Qırğızlar milli soyadlara kütləvi şəkildə 90-cı illərin əvvəlində - Qırğızıstan müstəqillik qazanandan sonra keçmişdilər.

İndi isə bir çox valideyn uşağınırus məktəbinə göndərməyi seçir. Çünki Rusiya səfirliyinin, rus şirkətlərinin dəstəklədiyi belə məktəblərdə təhsilin səviyyəsi adətən qırğız məktəblərindən yüksək olur. Üstəlik də valideynlər düşünür ki, uşağın rusca təhsil görməsi onun gələcəyi üçün vacibdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG