Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 06:26

«Rusiya Ukrayna ilə sərhədi bağlasa ölkədə sülh və sabitlik hökm sürər»


Ukrayna prezidenti Petro Poroshenko

-

Ukrayna prezidenti Petro Poroshenko Rusiya hökumətinə müraciət edib ki, öz ordusunu Ukrayna ərazisindən çıxarsın və Rusiya-Ukrayna sərhədini bağlasın. Petro Poroshenko hazırda Avstraliyada səfərdədir.

«Rusiya Ukrayna ilə sərhədi bağlasa, bir neçə həftədən sonra ölkədə sülh və sabitlik hökm sürər» – Avstraliyanın baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında Petro Poroshenko belə deyib. Daha sonra bildirib:

«Ukrayna təkcə müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə aparmır. Biz həm də azadlıq, demokratiya və sülh uğrunda müharibə aparırıq».

Kiyev və Qərb ölkələri Moskvanı Donbassda hərbi hazırlığı maliyyələşdirməkdə, o cümlədən Rusiya hərbçilərini Ukraynaya yollamaqda suçlayır. Rusiya isə bu iddiaları rədd edir və münaqişənin tərəfi olmadığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG