Keçid linkləri

2017, 20 İyul, Cümə axşamı, Bakı vaxtı 16:30

Aİ qaz üçün yenidən Azərbaycana üz tutur


Qaz boruları.arxiv foto

Avropa İttifaqı Azərbaycandan qaz idxalını nəzərdə tutan yeni boru kəməri planı üzərində işləyir. Belə bir qərarın qəbuluna Rusiyanın “Cənub Axını” boru kəməri layihəsindən imtinası səbəb olub.

Artıq Avropa Komissiyası “Cənub Axını” layihəsinin keçmiş üzv dövlətləri ilə (Aİ üzvləri Bolqarıstan, İtaliya, Yunanıstan, Xorvatiya, Rumıniya, Macarıstan, Avstriya və Sloveniya) qaz infrastrukturunun inkişaf etdirilməsi üzrə işçi qrupu yaradıb.

Avropa Komissiyası sədrinin Enerji Birliyi üzrə müavini Maros Sefcovic dekabrın 9-da bildirib ki, işçi qrupunun ilk vəzifəsi Mərkəzi və Cənub-Şərqi Avropanın enerji bazarlarının inteqrasiyasına dair tədbirlər planının hazırlanması olacaq.

Aİ-nin 8 ölkəsinin energetika nazirləri ilə Brüsseldə keçirilmiş görüşün yekunlarına dair Avropa Komissiyasının bəyanatında bildirilir:

“Qaz bazarlarının inteqrasiyası bölgədəki (Cənub-Şərqi Avropada) bütün istehlakçıların rifahı naminə lazımi infrastrukturunun yaradılmasını və ümumi qaydaların tətbiq edilməsini tələb edəcək. Buna Cənub Qaz Dəhlizinin boru kəməri sistemi ilə əlaqəli olacaq maye qaz terminallarının tikintisi və ya Qara dəniz və Aralıq dənizinin şərq hissəsindəki ofşor yataqlarında qazın hasilatı və tədarükü kimi əsas regional layihələrin reallaşdırılması yolu ilə nail olmaq mümkündür”.

Yunanıstan, Bolqarıstan və Rumıniya dekabrın 9-da bu ölkələri birləşdirəcək Şaquli Qaz Dəhlizinin yaradılmasına dair birgə bəyanat imzalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG