Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:57

Ukrayna Rusiyadan qaz alınmasını bərpa edib


Foto arxiv
Foto arxiv

Ukrayna Rusiyadan qaz alınmasını bərpa edib.

Bu barədə “Ukrtransqaza” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Beləliklə Ukrayna gün ərzində Rusiyadan 40 milyon kub metrdən çox qaz alacaq.

Rusiya iyunun ortalarından borca görə Ukraynaya qaz verilməsini dayandırmışdı.

Ukrayna, Rusiya və Avropa Komissiyası oktyabrın 31-də Brüsseldə qış aylarında Ukraynaya qaz verilməsi ilə bağlı razılıq əldə ediblər.

Razılaşmaya əsasən Ukrayna indən belə Rusiyadan alacağı qazın qiymətini qabaqcadan ödəməlidir.

XS
SM
MD
LG