Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:52

Nils Muiznieks Xədicə İsmayılın həbsinə reaksiya verdi


Nils Muiznieks
Nils Muiznieks

-

Avropa Şurasının insan haqları komissarı Nils Muiznieks AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

«Tanınmış jurnalist və Ofisimin uzunmüddətli tərəfdaşı Xədicə İsmayılın həbsi təsdiqlədi ki, insan haqları müdafiəçiləri və Avropa Şurası ilə əməkdaşlıq edən digər fəalların üzləşdiyi təzyiqlərdən dolayı narahatlığım əsassız deyil. Onun həbsini qəti pisləyirəm və bunu ölkədə tənqidi fikirlərə görə seçmə üsulla cinayət ittihamlarının irəli sürülməsi kimi dəyərləndirirəm».

«Xədicəylə oktyabrda Bakıda görüşdüm, əzmkarlığının və son vaxtlar həbs olunan fəalların müdafiəsinə verdiyi müsbət töhfənin şahidi oldum. Həbsindən bir neçə saat əvvəl Ofisimlə əlaqə saxlayıb, bir jurnalist həmkarının məsələsini müzakirə edib», - Muiznieks deyir.

«Azərbaycan hakimiyyəti insan haqlarına təzyiqlərə son qoymalı, fikirlərinə görə barmaqlıqlar arxasına atılanların hamısını azad etməlidir», - insan haqları komissarı bəyanatını belə tamamlayır.

Dekabrın 5-də Səbail rayon Məhkəməsi Xədicə İsmayıl barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsinə qərar verib.

Qərar Bakı şəhər Prokurorluğunun təqdimatı əsasında qəbul edilib.

Təqdimat Tural Mustafayevin intihara cəhdinin istintaqı ilə əlaqədardır.

XS
SM
MD
LG