Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:44

Paris meri 4 mərkəzi rayonu maşınlara bağlayır


Paris meri Anne Hidalgo deyib ki,Parisin 4 mərkəzi rayonu maşınlardan demək olar ki, azad olacaq.

Onun təqdim etdiyi plana görə, şəhərin mərkəzi rayonlarına avtobus, taksilərdən başqa yalnız burda yaşayanların maşınları daxil ola biləcək.

Bu plan həftəsonları işləyəcək, ancaq sonra həftənin bütün günlərinə aid ediləcək.

Mer deyib ki, o, 2020-ci ilə Parisdə dizellə işləyən maşınların hərəkətini qadağan edəcəyinə ümid edir.

Hidalgo deyib ki, “2011-cfi ildə parslilərin 60 faizinin öz maşını var idi, indi maşını olanlar 40 faizdir. Özü də vəziyyət sürətlə dəyişir”.

XS
SM
MD
LG