Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:30

Ramzan Kadyrov: «Terrorçuların evləri dağıdılacaq»


Ramzan Kadyrov
Ramzan Kadyrov

-

Çeçenistan rəhbəri Ramzan Kadyrov terrorçulara qarşı tədbirlərin gücləndiriləcəyini elan edib. Yaraqlı adam polisi və ya mülki şəxsi öldürərsə, onun ailəsi bir daha geri qayıtmamaq şərtilə Çeçenistandan çıxarılacaq.

Kadyrov bu haqda özünün «Instagram» səhifəsində yazıb. O bildirib ki, həmin şəxslərin evləri fundamentinə kimi dağıdılacaq:

«Hər kəs polis əməkdaşı və başqalarına silah tuşlamazdan əvvəl bunu bilməlidir. Mən heç kimə burada qan tökməyə icazə verməyəcəyəm».

O məlumat verib ki, nazirlər, rayonların rəhbərləri və hakimləri, polis rəisləri ilə iclas keçirib. Kadyrov iclasda özünün «sərt, ancaq ədalətli» adlandırdığışərtləri açıqlayıb:

«Hansısa ərazidə bir nəfər olsa, belə əlinə qanunsuz silah alaraq, banditlərə qoşularsa, həmin rayonun rəhbərləri ən yaxşı halda təqaüdə göndəriləcək. Gecə-gündüz işləsinlər ki, bu hal baş verməsin».

Dekabrın 4-də paytaxt Qroznıda yaraqlılarla təhlükəsizlik qüvvələri arasında bir neçə saatlıq atışmada 14 polis əməkdaşı həlak olub.

Qroznıda qanlı döyüşlər
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00

XS
SM
MD
LG