Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberlə görüşüb.
Görüş ATƏT XİN Şurasının dekabrın 4-5-də İsveçrənin Bazeldə keçirilən iclası çərçivəsində baş tutub.
Tərəflər strateji əməkdaşlıq, Cənubi Qafqazdakı hadisələr, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ danışıqlarının hazırkı durumu ətrafında fikir mübadiləsi aparıblar.
Söhbət zamanı həmçinin Ermənistan və Azərbaycan prezidentlərinin Paris görüşündən sonra Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində keçirdiyi irimiqyaslı hərbitəlimlər də müzakirı olunub, bu cür addımların təxribat məqsədi güddüyü, münaqişənin həllinə kömək etmədiyi və son dövrlər əldə olunmuş müsbət meyllərə mənfi təsir göstərdiyi qeyd edilib.