Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:29

Lavrov: "Minsk qrupu beynəlxalq vasitəçiliyin nümunəsidir"


Segei Lavrov
Segei Lavrov

“Rusiya post-sovet məkanındakı münaqişələrin həllində prosesi yalnız stimullaşdıra bilər”.

Bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov Bazeldə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Rusiya bu münaqişələrdə tərəflərə yalnız vasitəçi kimi bərabər dəstək göstərə bilər və tərəflər münaqişənin həllində əldə etdikləri nailiyyətlərə diqqətlə yanaşmalıdırlar.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə Lavrov deyib:

“Bu münaqişənin həllində irəliləyişlər və enişlər olub.

Hətta hansısa zamanlarda danışıqların konsepsiyasında dəyişikliklər baş verib. Həmsədrlər prosesə hər cür dəstək göstəriblər. Ümumiyyətlə, Minsk qrupu beynəlxalq vasitəçiliyin nümunəsidir. Həmsədrlər arasında yaxşı və dostcasına əməkdaşlıq və koordinasiya mövcuddur”.

XS
SM
MD
LG