Keçid linkləri

2017, 28 May, bazar, Bakı vaxtı 14:47

Obama Pentaqon rəhbərliyinə namizədini açıqlayacaq


Prezident Barack Obama

-

Dekabrın 5-də Prezident Barack Obama ABŞ müdafiə naziri postuna seçiminin adını açıqlayacaq.

Administrasiya təmsilçiləri onun bu posta Ashton Carter-in adını verəcəyini bildiriblər. O, ixtisasca fizik və müdafiə nazirinin keçmiş müavinidir.

Senat təsdiqləyərsə, Carter Obama-nın 6 illik prezidentliyi dövründə 4-cü müdafiə naziri olacaq.

Carter bu vəzifədə Chuck Hagel-i əvəzləyəcək. O, iki il həmin vəzifədə çalışandan sonra noyabrın 24-də istefa verib.


Yeni müdafiə nazirini İslam Dövləti yaraqlılarından tutmuş Rusiyanın Ukraynaya təcavüzünədək müxtəlif problemlər gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG