Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:51

Monica Bellucci “Casus 007” haqda növbəti filmdə!


Monica Bellucci
Monica Bellucci

-

Casus 007 – James Bond haqda növbəti filmdə məşhur italyan aktrisası Monica Bellucci də rol alacaq.

“Spectre" adlanacaq film “Casus 007” haqda 24-cü film olacaq.

“Spectre” Bond haqda 1960-cı illərdə çəkilmiş filmlərdə beynəlxalq kriminal sindikatın adı olub.

Filmin rejissoru Sam Mendes dekabrın 4-də Londonda təqdimat mərasimi keçirib.

Filmdə rol alacaq başqa aktyorların da adları açıqlanıb.

Əsas personajları canlandıranlar arasında iki “Oscar”lı Christoph Waltz və fransız aktrisası Lea Seydoux da var.

Daniel Craig
Daniel Craig

Casus 007-ni isə yenə də Daniel Craig canlandıracaq: 4-cü dəfə.

Bondun maşını “Aston Martin DB10” olacaq.

Rejissor əsas rolun ifaçısından “Skyfall” filmindəki fenomenal uğurunu təkrarlamağı gözləyir.

Filmin çəkilişləri gələn həftə Londonda başlayacaq. 7 ay davam edəcək. Avstriya, İtaliya, Meksika və Mərakeşdə.

Filmin gələn ilin payızında ekranlara çıxacağı gözlənilir.

Bundan əvvəl isə Bondla bağlı başqa bir məlumat yayılmışdı.

Casus 007 haqda yeni roman da gəlir.

Macəraların davamını ingilis yazıçısı Anthony Horowitz yazacaq.

James Bond obrazının müəlliflik haqları Ian Fleming Publications şirkətindədir.

Şirkətin sifarişi ilə Horowitz “Təkər üstündə qətl” (Murder on Wheels) romanını yazır və gələn il sentyabrın 15-də kitab işıq üzü görməlidir.

Məlumata görə, roman Ian Fleming-in özünün vaxtilə etdiyi qeydlərə əsaslanacaq.

Həmin qeydlər 60 ilə yaxın qapalı arxivdə saxlanıb. Yazıçı ABŞ-da Bond haqda çəkilməsi planlaşdırılan sənədli film üçün qeydlər aparmış, amma sonradan prodüserlər filmdən imtina etmişdilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG