Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Aprel, bazar, Bakı vaxtı 13:54

NATO və Kiyev Ukraynaya görə Rusiyanı pisləyir


Ukrayna, Donetsk

NATO üzvləri və Ukrayna Rusiyanı “Ukraynanın şərqini qəsdən sabitsizləşdirmə”, martda anneksiya etdiyi Krımda hərbi qüvvələrini artırmağa görə pisləyib.

NATO-nun 28 üzvünün xarici işlər nazirlərinin Brüssel görüşündə yayılan bəyanatda deyilir:

“Rusiyanın Krımda hərbi iştirakını artırmasını pisləyirik. Rusiyanın Qara Dənizdə gələcəkdə də hərbi iştirakını gücləndirmək planlarından narahatıq”.

NATO nazirləri Rusiyanın Ukraynada davamlı olaraq sabitsizlik yaratmaq cəhdlərinin beynəlxalq hüququ pozduğunu bildirib.

Rusiya Ukraynanın şərqində 4.300-dən çox insanın ölümünə səbəb olmuş münaqişəyə dəxli olmadığını deyir.

XS
SM
MD
LG