Keçid linkləri

Təcili xəbərlər
2021, 07 May, Cümə, Bakı vaxtı 07:17

Ukrayna parlamenti yeni hökuməti təsdiqləyib


Arseniy Yatsenyuk

Ukrayna parlamenti baş nazir Arseniy Yatsenyuk-un rəhbərlik edəcəyi yeni hökuməti təsdiqləyib. Təklif olunan kabinetə Verkhovna Rada-da 420 deputatdan 288-i səs verib.

Beş həftə əvvəl erkən parlament seçkilərində qərbyönümlü partiyalar qalib gəlib. Ötən ay beş siyasi partiya koalisiya hökuməti yaratmağa razılaşıb.

Yatsenyuk fevraldan, prezident Viktor Yanukovych devriləndən baş nazirdir.

Parlament xarici işlər naziri Pavlo Klimkin və müdafiə naziri Stepan Poltorak-ı da yenidən bu postlara təyinatına səs verib. Həmin nazirləri prezident Petro Poroshenko seçir.

Yatsenyuk-un hökumətiə maliyyə naziri Natalya Yaresko da daxildir. O, ABŞ vətəndaşı olaraq Dövlət Departamentində işləyib, dekabrın 2-də Ukrayna vətəndaşlığı alıb.

XS
SM
MD
LG