Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Avqust, Cümə axşamı, Bakı vaxtı 19:12

Poroshenko nazir vəzifəsinə təqdim etdiyi xaricilərə vətəndaşlıq verdi


Ukrayna prezidenti Petro Poroshenko dekabrın 2-də nazir vəzifəsinə təqdim etdiyi 3 xarici ölkə vətəndaşına Ukrayna vətəndaşlığı verib.

Poroshenko bildirir ki, Ukrayna qarşısında qeyri-adi sınaqlar var - çətin iqtisadi vəziyyət, Rusiyanın təcavüzü. Bütün bunlar Ukraynada radikal islahatlar, korrupsiya ilə mübarizə tələb edir. Bunlar da öz növbəsində yaradıcı qərarlar istəyir.

Nazir vəzifəsinə təqdim olunan xaricilərdən biri Natalie Jareskodur. Amerika vətəndaşı olan Jaresko 20 ildir ki, Ukraynada işləyir. O, özəl səhmdar qrup Horizon Capital-ın rəhbəridir.

Digər xaricilər – Litvalı Aivaras Abromavicius və gürcüstanlı Aleksander Kvitashvilidir.

Abromavicius investisiya şirkəti East Capital-ın tərəfdaşıdır, Kvitsahvili Gürcüstanda səhiyyə naziri olub.

Jaresko maliyyə naziri, Abromavicius iqtisadiyyat naziri, Kvitashvili səhiyyə naziri vəzifəsinə təqdim olunub.

XS
SM
MD
LG