Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyul, şənbə, Bakı vaxtı 15:46

NATO və Ukrayna Rusiyanın hərəkətlərini pisləyir


NATO üzvü olan ölkələr və Ukrayna Moskvanın Ukraynanın şərqində sabitliyi qəsdən pozmasını və Krımda hərbi cəhətdən güclənməsini pisləyiblər.

Brüsseldə dekabrın 2-də 28 NATO ölkəsinin və Ukraynanın xarici işlər nazirlərinin birgə bəyanatında deyilir ki, “biz Krımda Rusiyanın hərbi hazırlığını pisləyirik”.

“Biz Rusiyanın Qara dənizdə hərbi güclənmə planlarından narahatıq”.

“Biz Rusiyanın Ukraynanın şərqində sabitliyi qəsdən pozmasını qətiyyətlə pisləyirik”.

Bəyanatda deyilir ki,Rusiya bura tanklar, silah, sursat göndərməklə beynəlxalq qanunları pozur.

XS
SM
MD
LG