Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:56

«Üç nöqtə»: «Tələbələr çıxış yolunu vətəndaşlıqdan imtinada görür»


«Şərq» qəzeti yazır ki, parlamentin pa­yız ses­si­ya­sı­nın ilk ic­las­la­rın­da mil­lət və­kil­lə­ri tə­rə­fin­dən ay­rı-ay­rı qa­nun la­yi­hə­lə­ri­nin qə­bu­lu­nun va­cib­li­yi ilə bağ­lı fi­kir­lər səs­lən­di­ril­sə də, ic­ti­ma­iy­yə­tin qə­bul olun­ma­sı­nı çox­dan göz­lə­di­yi «Təh­sil haq­qın­da» qa­nun­dan söz açan yox­dur. «Təh­sil haq­qın­da» qa­nu­na mil­lət və­kil­lə­ri­nin gös­tər­di­yi mü­na­si­bət onu de­mə­yə əsas ve­rir ki, bu qa­nu­nun qə­bu­lu pa­yız ses­si­ya­sın­da da müm­kün ol­ma­ya­caq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq sədri Vur­ğun Əy­yub he­sab edir ki, qa­nu­nun qə­bu­lu­nun lən­gi­mə­si­nin sə­bə­bi la­yi­hə­nin ha­zır ol­ma­ma­sıdır. «Şərq»in əmək­da­şı ilə söh­bə­tin­də AVP-dən olan mil­lət və­ki­li Za­hid Oruc isə de­yib ki, be­lə bir qa­nu­nun qə­bul olun­ma­sı la­yi­hə şək­lin­də irə­li sü­rü­lüb. «Biz onu ya­zı­lı ola­raq pla­nın şər­tin­də təs­bit et­mi­şik­sə, əla­və ki­m­sə tə­rə­fin­dən bu­nun di­lə gə­ti­ril­mə­si ar­tıq olar­dı», - de­yən mil­lət və­ki­li vur­ğu­la­yıb ki, bu ses­si­ya müd­də­tin­də bir sı­ra qa­nun­la­rın qə­bu­lu baş tu­ta­caq, eləcə də «Təhsil haqqında» qanunun.


«Bakı-Xəbər» qəzeti yazır ki, Kəmaləddin Heydərovun guya ölkəni birdəfəlik tərk etməsi, əmlakının əlindən alınması və s. bu kimi özünü doğrultmayan informasiyalar yayıldıqdan sonra, oktyabrın 10-da Fövqəladə Hallar naziri Daxili İşlər nazirilə birlikdə eyni tədbirdə iştirak etdi. Təxminən elə həmin tədbirlə eyni vaxtda keçirilən Milli Məclisin iclasında cənab Heydərovun adamı kimi qələmə verilən millət vəkili Hüseyn Abdullayev isə Daxili İşlər nazirinin ünvanına sərt ittihamlar səsləndirərək, onu «cinayətkar» adlandırdı. Müəllifə görə, məsələnin digər maraqlı tərəfi H.Abdullayevin Ramil Usubovun Hacı Məmmədovun dəstəsinə başçılıq etməsinə dair dediklərini əsaslandırmasıdır: «Faktları spikerin stolunun üstünə qoymuşam». Söhbətin hansı faktlardan getdiyi isə hələ də məlum deyil. Müəllif yazır ki, H.Abdullayev «spikerin stolunun üstünə qoyduğu» faktları mətbuata və cəmiyyətə də açıqlasa, bu mənzərə daha aydın olar. Əlbəttə ki, əgər belə faktlar varsa...


«Yeni Azərbaycan» qəzetindəki «Sahibkarlara 74 milyon manat kredit verilib» başlıqlı məqalədə bildirilir ki, Sahibkarlığa Kömək Milli Fondu dövlət büdcəsindən ayrılmış vəsaitlərin təxminən 92 faizini artıq sahibkarlara paylayıb. Fonddan verilən məlumata görə, kreditlərin paylanılması 57 şəhər və rayon üzrə həyata keçirilib. Qurumda hesab edirlər ki, kreditlər sənaye məhsullarının istehsalı, kənd təsərrüfatı mallarının istehsalı və emalı, fermer təsərrüfatlarının, turizm obyektlərinin infrastrukturunun yenidən qurulması və yaradılması, eləcə də xidmət sahələrinin inkişaf etdirilməsi üçün nəzərdə tutulub. Bundan başqa, 2006-cı ildə sahibkarlıq subyektlərinə verilmiş kreditlər hesabına həyata keçirilən layihələr nəticəsində 14 min 500-dək yeni iş yeri yaradılacaq.


«Üç nöqtə» qəzetindəki «Tələbələr çıxış yolunu vətəndaşlıqdan imtinada görür» başlıqlı məqalədə bildirilir ki, Təhsil Nazirliyinin kollegiya iclasının qərarından sonra fəaliyyətinə xitam verilən Müstəqil Azərbaycan Universiteti ilə bağlı problemlər daha da artmaqdadır. Artıq universitetin 2-ci kurs tələbələri ilə yanaşı, digər universitetlərə köçürülən tələbələr də təhsil hüquqlarının bərpa edilməsini istəyirlər. Oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində şikayətlərinə baxılacağını deyən tələbələr, məhkəmənin hansısa müsbət qərar çıxaracağına inanmırlar. Narazı tələbələr bildiriblər ki, bir həftə ərzində onların hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan vətəndaşlığından imtina edəcəklər.


XS
SM
MD
LG