Sergei Lavrov Ankarada
Rusiyanın Xarici İşlər naziri dekabrın 1-də Ankarada həmkarı Mevlut Cavusoğlu ilə görüşüb. Prezident Vladimir Putin də Türkiyədədir. Moskva ilə Ankara arasında Suriya və Krım məsələlərində fikir ayrılıqlarına baxmayaraq, Türkiyə Almaniyadan sonra Rusiyanın ikinci ən böyük ticarət tərəfdaşıdır.