Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:02

İntiqam Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət hazırlanır


İntiqam Əliyev
İntiqam Əliyev

-

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin səhhəti ağır olaraq qalır.

Bu haqda AzadlıqRadiosuna noyabrın 28-də onunla görüşən vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkilin dediyinə görə, səhhətinin nəzərə alınaraq İntiqam Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə vəsatət hazırlayırlar:

«Vəsatəti gələn həftə məhkəməyə təqdim edəcəyik. Səhhəti çox pisdir. Demək olar ki, günü-gündən ağırlaşır. Halsızlıq, yuxusuzluq, baş ağrıları onu üzüb. Evdən göndərilən dərmanları qəbul edir. Dərmanlar yalnız vəziyyəti stabil saxlamaq üçündür. İntiqam Əliyevin həbsxana şəraitində müalicəsi mümkün deyil. Bütün bunları nəzərə alaraq onun ev dustaqlığına buraxılmasını istəyirik».

İntiqam Əliyev Bakı İstintaq Təcridxanasında saxlanılır. Onun səhhəti oktyabrın 24-də keçirilən məhkəmə prosesində pisləşmişdi. İstintaq orqanı onu müayinə üçün Onkoloji Mərkəzə aparmışdı. Onda osteoxondroz və protruziya (bel yırtığı) aşkar edilib. Buna baxmayaraq, onu kamerada saxlayaraq ambulator müalicə təyin ediblər ki, bu da nəticə vermir.

Ombudsman Elmira Süleymanova AzadlıqRadiosu ilə söhbətində bildirmişdi ki, məhbusların vəziyyətini nəzarətdə saxlayırlar.

XS
SM
MD
LG