Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:23

Milli Bankın valyuta ehtiyatları 562 milyon dollar artıb


Milli Bankın sərəncamında olan valyuta ehtiyatları 2006-cı ilin yanvar-sentyabr aylarında 562 milyon dollar artaraq 1,5 milyard dolları keçib. Artım, əsasən, bankın valyuta bazarına müdaxilələri nəticəsində əldə edilib. Bankdan verilən məlumata görə, bu dövrdə Beynəlxalq Valyuta Fondunun kreditləri üzrə əsas və faiz borcların ödənilməsinə 33 milyon dollar xərclənib. Məlumatda o da deyilir ki, 9 ay ərzində manatın ABŞ dollarına nəzərən rəsmi mübadilə məzənnəsi 4,84 faiz möhkəmlənib.


XS
SM
MD
LG