Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 18:33

Pirandellini qovmaq Galatasaraya 7 milyon avroya başa gələ bilər


“Pirandelli FİFA-ya baş vursa, işlər iyicə qarışacaq”- bunu Türkiyənin Hurriyyet qəzeti yazır.

Türkiyə mediası Galatasaray Andertlextə 0:2 uduzandan sonra Galatasaryın itlaiyalı məşqçisi Cesare Pirandellinin işdən çıxarıla biləcəyindən yazır.

Ancaq Hurriyyət bildirir ki, Galatasaray Pirandelli ilə 2 illiyə və ili 2,3 milyon avrodan müqavilə bağlayıb. Bunun 1,3 milyon avrosunu verib.

Əgər italiyalı məşqçini işdən çıxarsalar, ona 3,3 milyon avro da ödəmək lazım gələcək. Qəzet yazır ki,bununla “klubdan çıxacaq para bitməyəcək”. Müqavilədə Pirandelliyə liqa və kubok qalibliyi üçün 1,2 milyon avro vəd olunur.Qovulsa, bu pulu da istəyə bilər.

Qəzet yazır ki,Pirandelli FİFA-ya üz tutsa, Galatasaraydan çıxan pul 7 milyon avroya çata bilər.

XS
SM
MD
LG