Keçid linkləri

2017, 23 May, çərşənbə axşamı, Bakı vaxtı 01:46

Müdafiə naziri cəbhə bölgəsindədir


Müdafiə naziri Zakir Həsənov

Müdafiə naziri Zakir Həsənov noyabrın 25-də cəbhə bölgəsindədir. O, birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla birgə döyüş hazırlığının yoxlanılması məqsədilə cəbhə bölgəsində yerləşən hərbi hissə və birləşmələri gəzir.

Nazirliyin rəsmi saytında verilən məlumata görə, rəhbərlik cəbhənin ön xəttində yerləşən ümumqoşun və artilleriya təlim mərkəzində taktiki məşqləri və kəşfiyyat bölmələrinin hazırlığını yoxlayır.

Hərbi hissələrdə döyüşə hazırlıq səviyyəsini yoxlamaq məqsədilə həyacan siqnalı ilə qaldırılan raket və artilleriya birləşmələri real döyüş şəraitini canlandırıblar.

Nazir və müavini hələ ki, cəbhə bölgəsində yoxlamalara davam edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG