Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 23:51

Poroshenko: "Litva hərbi yardım edəcək"


Ukrayna prezidenti Poroshenko deyib ki, Litva Ukraynaya hərbi yardım verəcək.

Poroshenko noyabrın 24-də Litva prezidenti Grybauskaite ilə danışıqlardan sonrabildirib ki, Litva Ukraynaya “spesifik sursatların spesifik elementlərini” verəcək.

Poroshenko deyib ki, “bu, real köməkdir”.

Ancaq Litvanın döyüş silahı və sursatı verəcəyi məlum deyil.

Litva prezidenti isə bildirib ki, Litva Ukrayna ilə bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıq edəcək.

Onun sözlərinə görə, Litva Ukraynaya hərbi zabitlərin təlimində və təhlükəsizlikdə də yardım edəcək.

XS
SM
MD
LG