Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:07

«Mərkəz»: «Səhiyyəmizin azarı»


«Mərkəz» qəzetindəki «Səhiyyəmizin azarı» başlıqlı məqalədə bildirilir ki, Səhiyyə naziri Oqtay Şirəliyevin jurnalistlərə verdiyi açıqlamaya görə, yaxın günlərdə tibb işçilərinin əmək haqqında artım olacaq. Amma bu artımın bir o qədər də yüksək olacağını gözləmək çətindir. Çünki hökumət dəfələrlə bəyan edib ki, müəllim və həkimlərin əmək haqqının onların normal yaşamasına imkan verəcək həddə qədər qaldırılmasına bu iki vacib kateqoriyadan olan işçilərin say çoxluğu mane olur. Səhiyyə Nazirliyinin sabiq əməkdaşı Tahir Şamilovun sözlərinə görəsə, son illər dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclər nisbətən artsa da, bu artımdan ən az pay həkimlərin əmək haqqına düşüb. O, belə hesab edir ki, həkimlərin qazancını artırmaq üçün ölkədə özəl tibb sahəsi inkişaf etdirilməlidir.


«Yeni Müsavat» qəzetindəki «Türkiyəni tək qoymayaq» başlıqlı məqalədə müəllif yazır ki, strateji müttəfiqimiz Türkiyə çətin günlərini yaşayır. Xəbər verildiyi kimi, erməni lobbisi özünün beynəlxalq səviyyədəki antitürk havadarlarının köməyilə ilə qardaş ölkəyə qarşı daha bir təxribat planı hazırlayıb. Fransa parlamenti saxta «erməni soyqırımı» ilə bağlı indiyədək analoqu olmayan bir qanunu müzakirəyə çıxaracaq. Həmin sənədə görə, uydurma genosidi dananlar 3 ilədək azadlıqdan məhrum edilə bilərlər. Müəllif yazır ki, ortada müsəlman-türk dünyasının aparıcı dövlətini, məkrli erməni siyasətinə qarşı uzun illərdir sinəsini təkbaşına sipər etmiş əsas müttəfiq ölkəni zəiflətmək planı var. Türkiyənin zəiflədilməsi, yaxud dünya gücləri qarşısında gözükölgəli edilməsi isə müəllifə görə, ilk növbədə Azərbaycanın zəifləməsi və müdafiəsiz duruma düşməsi deməkdir.


«525-ci qəzet» dəki «BMT-nin səkkizinci baş katibi» başlıqlı məqalədə bildirilir ki, BMT-nin yeni baş katibi vəzifəsinə namizədliyi dəstəklənən Koreya Respublikasının Xarici İşlər naziri Ban Ki Mun həm də Koreya yarımadasında sülh və təhlükəsizliyin bərqərar olması, ölkəsinin Şimali Koreya ilə münasibətlərində, həmçinin Pxenyanın nüvə iddialarının sahmanlanması məsələsində geniş təcrübəyə malikdir. 90-cı illərdə o, bir müddət Cənubi Koreya prezidentinin bu məsələlərlə bağlı xüsusi nümayəndəsi kimi fəaliyyət göstərib, iki Koreya arasında dialoqun yaranmasına öz töhfəsini verib. Odur ki, əksər icmalçılar Şimali Koreyanın nüvə probleminin xüsusilə aktuallaşdığı indiki vaxtda (bu günlərdə KXDR özünün nüvə bombasını sınaqdan çıxarıb) Cənubi Koreya XİN rəhbərinin BMT baş katibi vəzifəsinə seçilməsini əlamətdar hadisə hesab edirlər. Öz növbəsində Ban Ki Mun da baş katib kimi bu məsələyə xüsusi diqqət ayıracağını bildirib. Koreyalı baş katib bu postda əsas məqsədinin isə BMT-də islahatlar olacağını bildirib.


«Şərq» qəzetindəki «Həm­sədr­lər­dən «tə­kan» umu­lur» başlıqlı məqalədə müəllif yazır ki, ATƏT-in Minsk Qru­pu­nun həm­sədr­lə­ri­nin is­rar­lı cəhd­lə­ri ar­tıq öz müs­bət nə­ti­cə­si­ni ver­mə­yə baş­la­yıb. Be­lə ki, rəs­mi Yerevan ye­ni­dən sülh da­nı­şıq­la­rı­na qa­tıl­ma­ğın va­cib­li­yi ilə ba­rış­ma­lı olub. Ar­tıq bu is­ti­qa­mət­də ilk ad­dım da atı­lıb. Azər­bay­can və Er­mə­nis­tan Xa­ri­ci İş­lər na­zir­lə­ri bir ne­çə gün ön­cə Ru­si­ya­nın pay­tax­tı Mosk­va­da va­si­tə­çi­lə­rin iş­ti­ra­kıy­la gö­rüş ke­çi­rib­lər.


XS
SM
MD
LG