Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 12:59

-
Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi, arabir yağıntı olacağı gözlənilir. Havanın temperaturu günorta və gecə 4-7 dərəcə isti təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gələn həftənin əvvəlində də yağışlı və küləkli hava şəraiti davam edəcək.

Regionlarda da hava arabir yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Qərb küləyi əsəcək.

Aran rayonlarında gecə 5-7, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG