Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 12:54

Ukraynada 4 hərbçi həlak olub


Ukrayna hərbçisi

-

Ukraynanın şərqindəki xüsusi əməliyyat zonasında gün ərzində 4 hərbçi həlak olub, 10-u yaralanıb.

Xüsusi əməliyyatların mətbuat mərkəzindən verilən məlumata görə, ötən gün separatçılar Luqansk və Donetskin yaşayış məntəqələrinə 18 dəfə atəş açıblar. Separatçıların ötən gün Ukrayna mövqelərinə 79 hücum cəhdi qeydə alınıb. Mariupol yaxınlığında, Ukrayna hərbçilərinin nəzarətində olan rayon minaatanlardan atəşə tutulub.

Məlumata görə, sutka ərzində Ukrayna artilleriyaçıları düşmən hədəflərinə 42 dəfə zərbə endirərək separatçıların canlı qüvvəsi və texnikasını məhv ediblər. Luqansk, Donetsk və Debaltsevo rayonlarında vəziyyət gərgin olaraq qalır.

XS
SM
MD
LG