Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:12

Youtube və Facebook-un kəşfini qabaqcadan görmüş Mark Twain


Mark Twain
Mark Twain

-

Böyük Amerika yazıçısı Mark Twain daha çox Jim və Huckleberry Finn-in macəraları ilə tanınır.

Amma onun fantastika janrında da hekayələri var.

Mark Twain-in “1904-cü ilin “London Times”ından” adlı hekayəsində, adından da göründüyü kimi, hadisələr 20-ci əsrin lap əvvəlində baş verir.

Hekayədə ordu zabiti Clayton “Telelektroskop” adlı cihazı ixtira edən Szczepanik-i öldürməkdə təqsirli bilinir.

Hekayədə həmin cihaz belə təsvir edilir:

“Telelektroskopun istehsalına başlanan kimi hər kəsin ondan istifadəsi mümkün oldu. O, dünya telefon şəbəkəsinə qoşuldu. “Limitsiz məsafələr” üçün təkmilləşdirilmiş telefonların da artıq təqdimatı keçirilmişdi və Yer kürəsinin gündəlik həyatını hər kəs görə və müzakirə edə bilərdi”.

Bu, bu günkü Twitter, Facebook və Youtube-u xatırladır.

Edamdan qabaq Clayton son arzusu kimi kamerasına telelektroskop gətirilməsini istəyir.

Təhkiyəçi onun həmin cihazdan istifadəsini belə təsvir edir:

“O, gecə-gündüz Yer kürəsinin gah bu, gah da digər guşələrinə zəng edir, oradakı qəribə mənzərələri izləyir, həmin yerlərin adamları ilə danışır və bu qeyri-adi cihazın necə gözəl bir ixtira olduğunu anlayırdı, dəmir barmaqlıqlar arxasında olmasına baxmayaraq o, havadakı quş kimi azad idi”.

Clayton gah Melburn (Avstraliya), gah Honq-Konq, gah da Yedo (Yaponiya) ilə əlaqə yaradır.

Mark Twain-in məqsədi əslində gələcək haqda proqnoz vermək yox, Amerika ədliyyə sisteminin ədalətsizliyini, məhkəmələrin absurdluğunu göstərmək idi.

Clayton-un başı telelektroskopa qarışan zaman təhkiyəçi cihazın göstərdiyi Çində yeni hökmdarın tacqoyma mərasimində Szczepanik-i də görür. O adam ki, Clayton-u onu öldürməkdə günahkar bilib ölümə məhkum etmişdilər…

XS
SM
MD
LG