Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:08

Qorbachov Merkellə Putindən danışıb


SSRİ-nin keçmiş lideri Mikhail Qorbachov “Kremldən sonra” adlı yeni kitabının təqdimat mərasimində deyib ki, noyabrın 7-9 Berlin Divarının dağıdılmasının 25 illiyində qızı İrina ilə birlikdə Almaniya kansleri Merkellə “informativ” söhbəti olub.

Noyabrın 21-də Moskvada danışan Qorbachov deyib ki, “çox maraqlı söhbət oldu. Mən bizim prezident üçün hər şeyi qorudum”.

Qorbachov Merkel haqda çox yüksək fikirdədir. O deyib ki, “Merkel çox məsuliyyətli siyasətçidir”. O məsləhət görür ki, Putin Merkelə qulaq assın.

XS
SM
MD
LG