Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 18:42

Quantanomodan 3 məhbus Gürcüstana köçürülüb


Arxiv foto

Birləşmiş Ştatlar Kubada yerləşən Quantanomo həbsxanasından 3 məhbusu Gürcüstana köçürüb.

Pentaqon noyabrın 20-də bildirib ki, Yəməndən olan Salah Mohammed Salih Al-Dhabi, Abdel Ghaib Ahmad Hakim və Abdul Khaled Al-Baydani Gürcüstana təhvil verilib.

Məlumatda deyilir ki, “Birləşmiş Ştatlar Quantanomo həbsxanasının bağlanması üçün görülən işlərə Gürcüstan hökumətinin göstərdiyi dəstəyə görə minnətdardır”.

Gürcüstan ilk dəfə 2010-cu ildə Quantanomodan 3 məhbus alıb. Onların kimliyi açıqlanmayıb.

ABŞ Dövlət Departamenti noyabrın 20-də bildirib ki, bir yəmənli və tunisli Quantanomodan Slovakiyaya köçürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG