Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 04:13

Əfqanıstanın paytaxtı yaxınlığında xaricilərin yaşadığı ərazi Talibanın hücumuna məruz qalıb. Noyabrın 19-da Kabilin şərqində “Green Village” (Yaşıl Kənd) adlanan yerin darvazası yaxınlığında avtomobil partladılıb.

Hücuma görə məsuliyyəti tvitterdə Taliban üzərinə götürüb.

Kabil polisinin rəisi general Mohammand Zahir deyib ki, hücumda 4 yaraqlı öldürülüb. Hücumçulardan biri maşını partladarkən həlak olub, 3-nü polis atışmada öldürüb.

“Green Village”-də beynəlxalq şirkətlərdə çalışan xaricilər yaşayır. Ötən il Talibana məxsus intiharçı həmin yerdə maşın partladıb.

Xaricilər bu il ölkəni tərk edir, Taliban isə davamlı hücumlar təşkil edir.

XS
SM
MD
LG