Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:06

Polşaya gedən Britaniya əsgərləri telefonlarını evdə qoyacaqlar


Arxiv
Arxiv

Polşada keçiriləcək manevrlər 2008-ci ildən bəri Britaniya qoşunlarının Avropada iştirak edəcəyi ən böyük hərbi oyunlar olmalıdır.

Bu ay Polşada keçiriləcək hərbi manevrlərdə iştirak edəcək Britaniya hərbi kontingentinə mobil telefonlarını və başqa şəxsi elektron vasitələrini aparmamaq əmr edilib.

Britaniya hərbi komandanlığı bu vasitələrin Rusiya hərbi kəşfiyyatı tərəfindən hədəflənə biləcəyindən narahatdır.

Komandanlıq bildirib ki, qoşunlara Rusiyadan qaynaqlanan kibertəhlükənin reallığı barədə inandırıcı məlumat verilib.

Məqsəd Ukraynanı təcavüzdən qorumaqdır

Polşada keçiriləcək manevrlər 2008-ci ildən bəri Britaniya qoşunlarının Avropada iştirak edəcəyi ən böyük hərbi oyunlar olmalıdır.

Birləşmiş Krallıq bu manevrlərə 1300 hərbçi, Challenger tankları və Warrior ZTR-ləri ilə qatılacaq.

Rəsmi London bildirir ki, manevrlər Britaniyanın NATO üzrə müttəfiqlərinə, Ukraynanın Rusiyanın təcavüzünə qarşı müqavimətdə dəstəklənəciynə dair mesaj verməldir.

Britaniyanın təhlükəsizlik xidmətləri və hərbi kəşfiyyatı bu qənaətdədiklər ki, qoşunların mobil telefonları, notbukları, smartfonları vıə başqa şəxsi elektron vasitələri Rusiya kəşfiyyatı və ya Rusiya dövlətinin dəstəklədiyi kriminal hakerlər tərəfindən hədəflənə bilər.

Telefonsuz həftələr

Rusiya kibermüharibə vasitələrinin inkişafına görə dünyanın aparıcı ölkələrindən sayılır və bu vasitələr Moskvanın yeni qeyri-ənənəvi müharibə cəbbəxanasında xüsusi yer tutur.

Bütün bunlar barədə məlumatı Kral Qusar alayının komandanı polkovnik-leytenant Justin Kingsford özünün qoşundaxili məktubunda açıqlayıb.

O qoşunlara bildirib ki, onların ailələri və doğmaları ilə əlaqəsiz qala biləcəyini başa düşür, lakin bu ehtiyat tədbirlərinin görülməsi çox mühümdür.

Komandan deyib ki, əsgərlərin “telefonsuz həftələrdən bir-birlərini daha yaxından tanımaq üçün istifadə edəcəklərinə ümid edir”.

Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, Birləşmiş Krallıq, kiberkəşfiyyatın mühüm hədəflərindən biri olaraq qalır.

NATO-nun kibermanevri

Bu arada NATO Estoniyada özünün indiyədək ən böyük kiberhərbi təlimlərini keçirir.

Bu təlimlərdə NATO ölkələrindən olan 400-dək kibernetika eksperti öz şəbəkələrində düşmənin kiberhücumlarını dəf etmək bacarıqlarını inkişaf etdirəcək.

Royal United Services araşdırma mərkəzindən təhlilçi Calum Jeffray deyir ki, kiberhücumlar getdikcə kəşfiyyat məlumatının toplanması və informasiyanın oğurlanması üçün əhəmiyyətli vasitəyə çevrilir.

Zəif müdafiə sistemi olan cihazlar, GPS vəziyyətini, elektron məktubları və ya parolları oğurlamaq istəyən hakerlərin hədəfinə çevrilir.

Təhlilçi vurğulayır ki, kiminsə sisteminin çökdürülməsi üçün bütün bunlar strateji vasitə əhəmiyyəti kəsb edir.

Moskvanın kiberkriminallarla işbirliyindən şübhələr var

Rusiyanın kibersilahlardan və casusluqdan Estoniya, Gürcüstan və Ukrayna üzərinə hücumlar üçün istifadə etdiyindən şübhələr mövcuddur.

Calum Jeffray bildirir ki, belə hücumları həyata keçirənləri müəyyən etmək son dərəcə çətindir, çünki onlar məxfi və gizli qaydada həyata keçirilir. Məsələn, belə düşünülür ki, Rusiya bu məqsədlə Rusiyadakı və Şərqi Avropadakı cinayətkar dəstələrin xidmətlərindən istifadə edir.

Onun sözlərinə görə, belə dəstələrin dövlətlərlə işbirliyini isbat etmək demək olar, mümkün deyil.

Təhlilçi bu qənaətdədir ki, yüksək texnologiyaları sürətlə inkişaf etdirən Qərb belə hücumlara daha intensiv hədəf olur.

Britaniya Müdafiə Nazirliyi bildirir ki, kiberhücumlardan müdafiənin ən yaxçışı yolu ehtiyatı əldən verməməkdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG