Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 12:25

Pakistanda qadını "qeyrət üstə" öldürən 4 nəfər ölümə məhkum edildi


Pakistanda Farzana İgbal adlı hamilə qadını “qeyrət üstə” öldürən 4 kişi noybarın 19-da ölümə məhkum edilib.

Bunlar həmin qadının atası, 2 qardaşı və keçmiş əridir.

Onlar may ayında Lahorda məhkəmə binası yanında Farzana İgbalı daşa basaraq öldürmüşdü.

Ailəsi 25 yaşlı Farzana İgbalın onların iradəsi əleyhinə ərə getməsini tanımaq istəmirdi.

Pakistanın İnsan haqları Komissiyasının məlumatına görə, 2013-cü ildə Pakistanda 869 qadın “qeyrət üstə” öldürülüb.

XS
SM
MD
LG