Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:19

Yatsenyuk:"Kiyev Moskva yaraqlıları ilə birbaşa danışığa getməyəcək"


Ukraynanın baş naziri Arseniy Yatsenyuk deyib ki, Kiyev Moskvanın yaraqlıları ilə danışmayacaq.

Yatsenyuk bunu Kiyevlə rusiyapərəst yaraqlılar arasında birbaşa danışıqlara çağıran Rusiyanın xarici işlər naziri Lavrovun bəyanatına cavab olaraq deyib.

Lavrov bildirib ki, Moskva Kiyevlə Donbas arasında “qarşılıqlı məqbul razılamaları məqsəd qoyan sabit kontaktlara” çağırlır.

Yatsenyuk buna reaksiya verərkən rus dilinə keçib və deyib ki, “Biz sizin yaraqlılarla birbaşa danışıqlara getməyəcəyik”.

Yatsenyuk Moskvanı “quldurları və terrorçularılegitimləşdirmə oyunu oynamağı dayandırmağa” çağırıb.

Yatsenyuk deyib: “sülh istəyirsinizsə, Minsk razılaşmasına əməl edin”.

XS
SM
MD
LG