Keçid linkləri

Təcili xəbərlər
2021, 28 İyul, çərşənbə, Bakı vaxtı 12:46

Putin: "Qərb Rusiyanın ərzaq bazarını itirdi"


Rusiya prezidenti Putin deyib ki, Qərb Rusiyaya qarşı sanksiyalar qoymaqla Rusiyanın ərzaq bazarını itirdi.

Vahid Rusiya partiyasının başçılıq etdiyi Birləşmiş Xalq Cəbhəsinin televiziya ilə nümayiş olunan toplantısında Putin deyib ki, “biz partnyorlarımızın qeyri-korrekt hərəkətindən faydalandıq. Onlar Rusiyanın aqrar sektorunda yaxşı oturuşmuşdu”.

Putinin sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar daxili istehsala təkan verdi. İndi daxili istehsal idxalın yerini doldurmaq üzrədir.

Prezidentin sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar Rusiyaya mənəvi və ədalətlihaqq verdi ki, Rusiya da öz sanksiyalarını tətbiq etsin.

XS
SM
MD
LG